
- May 13, 2024
Göyçay rayonunda yeni transformator məntəqəsinin quraşdırılması
“Göyçay -Şərab” ASC-yə məxsus Göyçay rayonu, Mirzəhüseynli kəndi ərazisində yerləşən şərab zavodu və su nasosxanasının elektrik enerjisi ilə təchizatı üçün “Azərişıq” ASC tərəfindən verilmiş 13-13/2-5/06-4-412/2023 saylı 07 avqust 2023-cü il tarixli Texniki Şərtin müddəalarına uyğun olaraq mövcud 10/0,4 kV 630 kVA Kompleks transformator məntəqəsi sökülərək əvəzində 10/0,4 kV 1000 kVA kompleks transformator məntəqəsi inşa edilmişdir. KTM - yə giriş kabel birləşməsi ilə yerinə yetrilib.
Quraşdırma işləri Texniki şərtə, işçi lahihəyə və “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, “V.S .Enerji Servis” MMC-nin mühəndis texniki işçiləri tərəfindən yerinə yetrilmişdir. Yeni quraşdırılmış elektrik avadanlıqları istismara yararlıdır və sifarişçiyə təhvil verilir.
Vsenergy.az