Chairman Speech background

SƏDRİN MÜRACİƏTİ

Chairman

Səyavuş Yusifov

"VS Energy Servis" MMC-nin Təsisçisi

Peşəkar komandası və yüksək texniki bacarıqları ilə seçilən “VS Energy Servis” MMC, energetika sahəsində keyfiyyət və etibarlılığın simvoluna çevrilmişdir.

2011-ci ildən etibarən, şirkət elektrik enerjisi ilə təchizat, avadanlıqların quraşdırılması və texniki servislər sahəsində həm dövlət, həm də özəl sektorun etimadını qazanmışdır. Geniş təcrübəsi və innovativ yanaşması sayəsində “VS Energy Servis” MMC ölkə daxilindəki uğurlarını beynəlxalq arenaya da daşımaqda davam edir. Türkiyədəki tərəfdaşları ilə birlikdə yeni layihələr həyata keçirərək, inkişafını daha da sürətləndirir.

Müştərilərimizə ən müasir həlləri təqdim etmək və energetika sektorunun davamlı inkişafına töhfə vermək üçün durmadan çalışırıq. Etibarınız və dəstəyiniz üçün sizə təşəkkür edirik!

Davamlı etimad və dəstəyinizə görə təşəkkür edirik.

Hörmətlə,

Səyavuş Yusifov

"VS Energy Servis" MMC-nin Təsisçisi

Chairman

Vəfadar Hacıyev

"VS Energy Servis" MMC-nin Təsisçisi

VS Energy Servis” MMC-nin ikinci təsisçisi olaraq, bu şirkətin yaranmasının və inkişaf yolunun bir parçası olmaq mənim üçün böyük qürurdur. Biz bu şirkəti qurarkən məqsədimiz təkcə enerji sektorunda fəaliyyət göstərən bir biznes yaratmaq deyil, həm də müştərilərimizə etibarlı, innovativ və keyfiyyətli xidmətlər təqdim etmək idi.

İlk gündən etibarən komandamızla birlikdə əzmkar çalışaraq, bazarın tələblərinə uyğun texnoloji həllər və səmərəli xidmətlər inkişaf etdirdik. “VS Energy Servis” MMC sadəcə bir biznes deyil, bu, böyük bir kollektivin əməyinin və birgə səylərinin nəticəsidir.

İnanıram ki, biz məqsədlərimizə çataraq sektorda daha böyük uğurlar qazanacağıq. Müştərilərimizin inamı və tərəfdaşlarımızın dəstəyi bizi daim irəli aparır.

Sizin dəstəyinizə və inamınıza görə səmimi qəlbdən minnətdarıq.

Hörmətlə,

Vəfadar Hacıyev

"VS Energy Servis" MMC-nin Təsisçisi